Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq”, – Türkiyə XİN-nin tviterdəki məlumatında qeyd olunub.