20 C
Baku
Saturday, September 28, 2024

“SOCAR Türkiye Yatırım” ₼2.4 mlrd. xalis mənfəət əldə edib

Azəraycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiye Yatırım A.Ş.”nin (STYAŞ) 2022-ci ildə xalis mənfəətə çıxıb. 

Banker.az xəbər verir ki, bu barədə şirkətin birləşdirilmiş illik audit hesabatında qeyd edilir. 

STYAŞ, 2022-ci ildə 19 mlrd. 305 mln. manat ekvivalentində gəlir əldə etməklə, illik müqayisədə (manat ekv.-də) 8 mlrd. 866 mln. manat ekv. və ya 85% artıb. 

Gəlirləri Türk lirəsi ilə ifadə etsək təqribən 212 mlrd. 376 mln. TL təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının 31 dekabr 2022-ci il tarixinə rəsmi məzənnəsinə görə 1 Türk lirəsi 0.0909 Azərbaycan manatı təşkil edirdi. 

Qeyd edilir ki, 15 mlrd. 269 mln. manat ekv.-də satışın maya dəyəri təşkil edib.  

Beləliklə, 2022-ci ili SOCAR-ın Türkiyədəki törəmə şirkətinin xalis mənfəəti 2 mlrd. 415 mln. manat olub. 2021-ci ildə isə 602 mln. manat zərər etmişdi. 

Xatırladaq ki, SOCAR-ın bu şirkətdə payı 60%-dir. Xalis mənfəətdə SOCAR-ın payı 1 mlrd. 499 mln. manat təşkil edir. 

Son xəbərlər
Digər xəbərlər