2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Mərkəzi Bankının zərəri 195 mln. manata çatıb

Azərbaycan Mərkəzi Bankı 2022-ci il üzrə zərəri 63.95 mln. manat, məcmu zərəri isə 195.26 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin illik audit hesabatında bildirilir. Hesabatı “big four”a daxil olan nüfuzlu “PwC” aparıb. 

2021-ci ildə Mərkəzi Bank 162.75 milyon manat, məcmu zərəri isə 201.72 milyon manat olub. 

Hesabatda bildirilir ki, 2022-ci ildə 205.52 milyon manat həcmində faiz gəliri əldə edib və bu illik müqayisədə 70% artımdır. 

AMB-nin faiz xərcləri illik müqayisədə isə 1%-ə yaxın artımla 167.93 milyon manat olub. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı haqqında qanun 4.3-cü maddəsində qeyd edilir ki, mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir. 

Mərkəzi Bankın 1 yanvar 2023-cü il tarixinə balansında 171.33 milyon manat bölüşdürülməmiş mənfəət göstərilir. Kapitalının strukturunda bölüşdürülməmiş mənfəət qədər də qiymətli kağızlar üzrə mümkün zərər üzrə ehtiyata ayrılıb. 

 

32423423423424242

Son xəbərlər
Digər xəbərlər