7 C
Baku
Thursday, December 12, 2024

Qurban Yetirmişli: “Azərbaycanda binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır”

Binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır.

Bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır.

Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır:

“Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq? Ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu, nəzərə alınmalıdır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər