6 C
Baku
Sunday, December 15, 2024

Corc Sorosun biznes prinsipləri

Spekulyant və filantrop Corc Sorosun pul, səhvlərin əhəmiyyəti və işini sevməyən insanlar haqqında fikirləri.

• Mən heç zaman verilmiş qaydalar çərçivəsinə oynamır, həmişə oyunun qaydalarını dəyişməyə çalışıram.

• Mən kifayət qədər tənqidi ruhlu insanam və nöqsanları təkcə ətrafdakı insanlarda deyil, həm də özümdə  axtarıram. 

• Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə  etmişəm.

• Mənim özəlliyim ondadır ki, konkret bir investisiya tərzinə riayət etmirəm.

• Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir.

• Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək – qürur mənbəyidir.

• Diqqəti cəmləmək məsələsinə gəldikdə, heç nə bu işdə təhlükə qədər mahir ola bilməz. Aydın fikirləşmək üçün mənə mütləq ilham lazımdır, risklə bağlı ilham.

• Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram.

• Mən işləməyi sevmirəm. Mən sadəcə qərar qəbul etmək üçün lazım olan mütləq minimumu edirəm.

• Zərurət olanda isə mən sadəcə qəzəblə işləyirəm, çünki işləmək məcburiyyətində olmağım məni dəhşət qəzəbləndirir.

• Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram.  Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm.

• Mən həmişə maliyyə vəziyyətimin mənə verdiyi imkanlardan daha sadə yaşamışam.

• Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq.

• Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır.

• Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur.

• Mən qanuna riayət edən insanam, amma elə rejimlər var ki, onlara tabe olmaq deyil, müqavimət göstərmək lazımdır.

• Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim.

 • Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq  şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər.

• Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır.

 • Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz.

• Mən maksimal dərəcədə nəzarət, lakin minimal dərəcədə tənzimlənmə tərəfdarıyam.

• Xaos məni heyran edir.  Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram.

• Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır.

 • Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim.

• Mənə dahi statusu vermələri məni çox əyləndirir.

• Pul-uğur üçün lazım olan komponentlərdən yalnız biridir, amma konkret şərtlər daxilində pul daha çox zərər gətirə bilər, nəinki xeyir.

• Mən yenə də əvvəlki tək özümü tamahkar və eqoist insan hesab edirəm… Mənim ehtiyaclarım həddindən artıq böyükdür və mən yenə də öz maraqlarımı hər şeydən üstün tuturam.

• Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir.

• Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim.

Son xəbərlər
Digər xəbərlər