23 C
Baku
Saturday, October 5, 2024

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin gəlirlərinin azalması mənfəətinə də təsir edib

SOCAR-ın da payı olduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co.) 2022-ci ildə 829 milyon manat gəlir əldə edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin illik audit hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, BTC Co. 2021-ci ildə 1 mlrd. 138 mln. manat ekvivalentində gəlir əldə etmişdi. Bu da o deməkdir ki, BTC Co.-nun gəlirləri illik müqayisədə 309 mln. manat və ya 27%-dən çox azalıb.

BTC Co.-nun satışlarının maya dəyəri isə 378 mln. manat təşkil edib və bu 2021-ci ildən 19% azdır.

Beləliklə, şirkət 2022-ci ili 124 mln. manat xalis mənfəətlə tamamlayıb. 2021-ci ildə 138 mln. manat həcmində xalis mənfəət əldə edib ki, illik 10% azalmadır.

Xatırladaq ki, “Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti” Kayman adalarında qeydiyyatdadır və Azərbaycan Respublikasındakı nümayəndəliyi var. “BTC Co.”nun səhmdarları: BP 30.1 faiz, “AzBTC” 25 faiz, MOL 8.9 faiz (“Chevron” şirkətini əvəz edib), “Equinor” 8.71 faiz, “TPAO” 6.53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3.4 faiz, “Inpex” 2.5 faiz, “ExxonMobil” 2.5 faiz və “ONGC (BTC) Limited” 2.36 faiz təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər