19 C
Baku
Friday, September 20, 2024

Azərbaycan Milli Antidopinq Agentliyi ötən ili zərərlə başa vurub

Azərbaycan Milli AntiDopinq Agentliyi publik hüquqi şəxs 2022-ci ili 310 min manat zərərlə başa vurub. Halbuki, 2021-ci ildə AMADA 597 min manat mənfəətlə başa vurmuşdur.

Banker.az bu barədə publik hüquqi şəxsin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Azərbaycan Milli AntiDopinq Agentliyinin cəmi gəlirləri 3 milyon 235 min manat (əvvəlki ilə nisbətən 2.8% çox), cəmi xərcləri isə 3 milyon 589 min manat (36% çox) təşkil edib.

Azərbaycan dövləti idman dürüstlüyünü qorumaq, bilik və təcrübəni mərkəzləşdirmək və inkişaf etdirmək üçün dopinq təhlükəsinin bütün elementlərinin qarşısının alınmasını koordinasiya etmək, həmçinin onun monitorinqi və aşkarlanması, təhqiqatı və məsuliyyətin həyata keçirilməsi məqsədilə AMADA-nı yaratdı. AMADA dopinqlə əlaqəli məsələlərdə idmançılar, idman təşkilatları, hüquq mühafizə orqanları və digər maraqlı tərəflər üçün vahid əlaqə nöqtəsidir.

m1 1 m2 1 m3 1

 

Son xəbərlər
Digər xəbərlər