İdxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “MİQ” MMC-nin istehsalı olan (ixracatçı “Darkuş Aqro” MMC) 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkarlanıb.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.