-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda depozit faizləri azalıb

Avqust ayında Azərbaycanda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcələri azalaraq 7,98% təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, azalma iyul ayına olan orta faiz dərəcələri ilə müqayisədə 0,43 bənd və ya 5,1% olub.

Xarici valyutada depozit və kreditlər üzrə orta faiz dərəcələri isə 8,33% təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 0,03 bənd və ya 0,36% azdır. Azalmanın əsas səbəbi kimi banklarda likvidliyin yüksək olması və əhali tərəfindən kredit tələbinin azalması göstərilir. Bu tendensiyanın 2016-cı ilin sonuna qədər davam etməsi gözlənilir.
Son xəbərlər
Digər xəbərlər