11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda Pensiyalarla bağlı yeni QAYDA

Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması nəzərdə tutulur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hər ilin əvvəlində əmək pensiyaları artırılır. “Artırılma mexanizmi də belədir. Əmək pensiyalarının sığorta hissəsi əvvəlki ildəki respublika üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir.

Hazırda yaşa görə əmək pensiyalarının orta məbləği 460 manatı ötüb və gələn il üçün bu məbləğ 500 manatı keçəcək. O bildirib ki, bu il ərzində orta aylıq əmək haqqının 15 faizə yaxın artacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər