“Rusiyalı həmkarım Vladimir Putinin gələn ay Türkiyəyə səfəri gözlənilir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görüşdə “Taxıl sazişi” müzakirə olunacaq: “Ukrayna öhdəlikərini yerinə yetirməyə hazır olduğunu bildirib. Əminəm ki, Putin də eyni mövqeyi nümayiş etdirəcək”.