“Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu barədə sammitdə də lazımi mesajlar verəcək: “Xalqımızın bizdən gözləntisi var. Siz bizim ittifaqa gedən yolumuzu açın ki, biz də İsveçin üzvlüyünü təsdiqləyək”.