Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin tam demarkasiyası prosesi başa çatıb.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Qazaxıstan və Özbəkistan arasında 2357 kilometr uzunluğunda olan sərhəd indi 1301 sərhəd nişanı ilə müəyyən edilib və səkkiz min səhifədən çox olan vahid demarkasiya sənədində mövcuddur.