İpoteka krediti üzrə portfelin günü gündən artması və ipoteka krediti almaq arzusunda olan müştərilərin sayının yüksək olması ilə əlaqədar NIKOIL Bankın rəhbərliyi ipoteka kreditlərinin verilməsi üzrə ixtisaslaşmış №8 filialın müasir və geniş yerə köçürülməsi haqqında qərar qəbul etmişdir. Oktyabr ayının 12-si Filialın yeni ünvanda açılışı baş tutmüşdür. İndi Bank müştərilərə Bakı şəhəri, Salatın Əsgərova küçəsi 161 ünvanında yerləşən yeni ofisində xidmət göstərəcəkdir. İpoteka kreditlərinin verilməsindən başqa filial həmçinin bütün standart bank əməliyyatlarını həyata keçirir. Burada siz kommunal ödənişləri həyata keçirə bilərsiniz, plastik kartları sifariş edərək qısa müddətdə əldə edə bilərsiniz, ölkə daxilinə və xaricinə pul köçürmələrini həyata keçirə bilərsiniz, istehlak kreditlərinin alınması üçün müraciət edə bilərsiniz, həmçinin bank xidmətlərinin bütün spektrindən istifadə edə bilərsiniz.
Dövlət İpoteka kreditləşdirməsinin şərtlərinə uyğun olaraq, kreditlər 3 ildən 25/30 ilə qədər, illik faiz dərəcəsi 4% / 8% olmaqla, 50 000 AZN məbləğində verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70% / 80%-dən çox olmamalıdır. Belə ki, kredit üzrə ilkin ödəniş 30% / 20% təşkil edir. İxtisaslaşdırılmış filialın açıldığı tarixdən (2006-cı ildən) bu günədək 51 075 045 manat məbləğində 1108 ipoteka krediti verilmişdir. Bunlardan güzəştli şərtlərlə 8 680 150 AZN dəyərində 235, adi şərtlərlə isə 36 394 895 AZN dəyərində 873 ipoteka krediti verilib. Bu günkü günə ipoteka kreditləri üzrə ixtisaslaşmış filialın portfeli 39 839 843 manat (1066 kredit) təşkil edir, bunlardan 222 kredit 8 984 822 manat məbləğində – güzəştli, 844 kredit 30 855 021 manat məbləğində isə adi kreditlərdir.
Cari ilin sentyabr ayında AİF tərəfindən NIKOIL Banka 1 500 000 AZN məbləğində limit ayrılıb. Qeyd olunan limit Banka aktiv şəkildə ipoteka kreditlərinin verilməsi üçün imkan yaradır. NIKOIL Bank ipoteka kreditləşməsi nəticəsində, əhalinin maliyyə xidmətləri məsələləri üzrə maarifləndirmənin artırılması istiqamətində fəaliyyətini gücləndirib və əhalinin həyat səviyyəsinin yüksəldilməsi və mənzil ilə təmin olunması üzrə fəaliyyətini davam etdirir. Azərbaycan İpoteka Fondunun xətti ilə verilən İpoteka krediti, NIKOIL Bankın strateji istiqamətində prioritetlərdən biridir.
Bu gün “NİKOYL” İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil