“Kering” şirkəti bu ilin əvvəlində öz kosmetika biznesini açmaq niyyətini elan etdikdən sonra “Creed” ətir brendini 3.8 milyard dollara alır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu ilin ikinci yarısında ətir evinin 100%-nin nağd pulla alınması üzrə yekun sövdələşmənin tamamlanacağı gözlənilir.
“Creed” brendi 1760-cı ildə Ceyms Henry Krid tərəfindən təsis edilib və lüks parfümeriya bazarında ən böyük qlobal müstəqil oyunçudur.
“Kering” qrupunun kosmetik seqmentin inkişafına yönəlmiş bölməsi 2023-cü ilin fevralında açılıb. Şirkət “Bottega Veneta”, “Balenciaga” və “Alexander McQueen” brendlərinin kosmetik xətlərini inkişaf etdirir.