Mərkəzi Seçki Komissiyasının (MSK) yekun məlumatlarına görə, Özbəkistanın hazırkı prezidenti Şavkat Mirziyoyev 87.05% səslə prezident seçkilərində qalib gəlib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Şavkat Mirziyoyevin namizədliyi Liberal Demokrat və Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Onun rəqibləri keçmiş təhsil naziri solçu Uluqbek İnoyatov, Adolat Partiyasının nümayəndəsi və Ali Məhkəmənin sədr müavini Robaxon Mahmudova və Ekologiya Partiyasından namizəd Abduşükür Həmzəyev olub.