10 C
Baku
Thursday, December 12, 2024

Beynəlxlaq Bankda departament direktoru və əməkdaşları işdən çıxarılıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.
Bu barədə “APA-Economics”ə bankdakı mənbə bildirib.

 Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb.
“Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar”, – deyə mənbə qeyd edib.
İnformasiyanı bankdan “APA-Economics”ə təsdiqləyiblər.
Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament  müştərilərinə – hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.
Son xəbərlər
Digər xəbərlər