11 C
Baku
Monday, September 30, 2024

İspaniyanın Sabadell bankı maraqlı flashmob aksiyası keçirdi

Bank Sabadell özünün 130 illiyi şərəfinə təntənəli və təsirli bir flashmob aksiyası təşkil etmişdir.

İspaniyanın ən qədimi və iri özəl banklarından biri olan Sabadell əsası qoyulduğu şəhərin adını daşıyır. Ona görə də məntiqidir ki, o öz auditoriyası ilə qurduğu bütün kommunikasiyalar zamanı Sabadell şəhərinin sakinlərinin vətənpərvərlik hisslərinə və şəhərə olan sevgilərinə əsaslanır.

Bankın yubileyi münasibəti ilə təşkil olunmuş yubiley, “Som Sabadell” (Biz –Sabadellik) kampaniyasının çərçivəsində baş tutmuşdur.  Orada Vallès, Lieder, Amics de l’Òpera orkestrindən  və Coral Belles Arts  xorundan100 yaxın musiqiçi iştirak etmişdir. Heyrət içində olan tamaşaçıların qarşısında, bankın qapıları arxasından çıxan və ya sadəcə küçədən peyda olan musiqiçilər Lüdoviq van Bethovenin 9-cu simfoniyasından “Sevinc Odasını” ifa edirdilər.

Son xəbərlər
Digər xəbərlər