“Eurobank” ASC müflis elan edilməsi barədə məhkəmə qərarında şikayət verib.
APA-nın məlumatına görə, bank apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə oktyabrın 15-də baxılacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı “Evrobank” ASC-nin “iflas proseduruna başlanması və bankın müflis elan edilməsi” barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə Mərkəzi Bankın iddiasını təmin edib.
Həmin qərarla razılaşmayan “Evrobank” isə apellyasiya şikayəti verib.