İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfəri başlayıb.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında yazıb.
Y. Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
İyulun 14-dək davam edəcək səfər çərçivəsində Y.Qallant Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları Komandanı, general Elçin Quliyev və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.
Görüşlər zamanı israilli nazirin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir.