Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın paytaxtı Cakartada çinli həmkarı Vanq Yi ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Qeyd edək ki, S.Lavrov iyulun 12-dən Cakartada səfərdədir.