21 C
Baku
Friday, October 11, 2024

Bali 2024-cü ildən turist vergisi tətbiq edəcək

2024-cü ildən başlayaraq Baliyə səyahət edən turistlər 150 000 rupi (təxminən 10 dollar) məbləğində vergi ödəməli olacaqlar. Məlumata görə, bu ödəniş birdəfəlik olacaq və səfərin bütün müddəti ərzində etibarlı sayılacaq. O, bütün xarici turistlərdən toplanacaq. Vergini xüsusi elektron sistem vasitəsilə ödəmək mümkün olacaq.

Adanın qubernatoru Bayan Kosterin sözlərinə görə, vergi turistlərin sayına təsir etməyəcək. O qeyd edib ki, alınan vəsait mədəniyyətin qorunmasına və keyfiyyətli infrastrukturun qurulmasına yönəldiləcək. “Jakarta Post”un məlumatına görə, keçən il adaya 2 milyondan çox insan səfər edib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Mayın əvvəlində Koster adada kütləvi turizmi dayandırmaq üçün kvota sistemi tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, kvota sisteminə əsasən əcnəbilər Bali adasına planlaşdırılan səfərdən bir il əvvəl qeydiyyatdan keçməlidirlər. Yeniliyə səbəb turistlərin davranışı olub. Ümumilikdə ilin əvvəlindən Balidən 101 turist deportasiya edilib, onların əksəriyyəti Rusiya vətəndaşlarıdır, Koster əlavə edib.

Son xəbərlər
Digər xəbərlər