17 C
Baku
Wednesday, October 16, 2024

Azərbaycana pomidor ixracından daxil olan valyuta 6 ayda 120 milyon dolları keçib

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə dəyəri 120 milyon 730 min dollar olan 108 118 ton pomidor ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Ötən ilin 6 ayı ilə müqayisədə pomidor ixracından gələn gəlir 0.5%, miqdarı isə 3% artıb.

2022-ci ilin yanvar-iyun ayında Azərbaycandan 126 milyon 868 min dollar dəyərində pomidor ixrac edilib. İxrac edilən məhsulun miqdarı isə 105 780 ton olub.

Son xəbərlər
Digər xəbərlər