7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 3 sığorta agentliyinin və 1 sığorta brokerinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı “AZ Group Sığorta Agentliyi”, “Çətir Sığorta Agentliyi” və “Qarant Sığorta Agenti” MMC-lərə, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” QSC-yə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Banker.az bu barədə Mərkəzi Bankın verdiyi məlumata istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar bu gün “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Son xəbərlər
Digər xəbərlər