7 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın neft gəlirləri iki dəfə azalıb

Rusiyanın neft gəlirləri iyunda 11,8 milyard dollara düşüb. Bu, ötən ilin göstəricilərinin yarısıdır.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.

Analitiklərin fikrincə, Rusiyada neft məhsullarının ixracı sutkada 7,3 milyon barelə qədər azalıb ki, bu da 2021-ci ilin martından bəri ən aşağı göstəricidir.

Agentlik bunun səbəbini neftə tələbatın azalmasında görür. Belə ki, cəmi bir ay əvvəl ekspertlər cari il üçün istehlak artımının sutkada 2,45 milyon barel təşkil edəcəyinə inanırdılar. Lakin onlar proqnoza yenidən baxaraq, onu 2,23 milyon barelə endiriblər.

Hesabatda qeyd olunub ki, Avropada sənaye istehsalının azalması və qlobal iqtisadiyyat üçün proqnozun pisləşməsi fonunda neftə tələbatın ardıcıl azalmasını gözləmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər