Yevlax Pilot Aqroparkda Agromod MMC, Badamlıq MMC, Qulançar MMC və fərdi sahibkar Müşfik Hümmətliyə rezident statusu verilib.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Rezidentlər tərəfindən 120 hektar sahədə investisiya həcmi 1,7 milyon ₼-dan çox olan intensiv meyvə bağları salınacaq, 34 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin ediləcək.