9 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta” ASC “Chevrolet Azərbaycan”ı məhkəməyə verdi

Azərbaycanda iki şirkəti arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC “Performance Center Co” MMC və Quliyev Samir Adil oğlu ilə bağlı iddia qaldırıb.

Məhkəmənin predmeti, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir. İş Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın icraatındadır.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manatdır. Şirkətin səhmləri “Bank Respublika” ASC-yə (51.29%), “Toyota Absheron Center” MMC-yə (9.38%), “Subaru Azərbaycan” MMC-yə (9.38%), “Yeni Motor” MMC-yə (9.38%), Murad Rəhimova (6.97%), Behbud Nəcəfova (6.93%) və “Ekolizinq” MMC-yə (6.68%) məxsusdur.

Performance Center şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.

Son xəbərlər
Digər xəbərlər