-3 C
Baku
Sunday, December 15, 2024

“Zewa” istehsalçısı Rusiyadakı biznesini 117 mln. dollara satıb

İsveçin fərdi qulluq məhsulları istehsalçısı “Essity” şirkəti (“Zewa”, “Libresse” və “Libero” brendlərinin sahibi) Rusiyadakı biznesini İqor Şilovun “New Technologies” şirkətinə 117 milyon dollara satdığını elan edib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Essity alıcı ilə müqavilə imzalayıb və sövdələşmə Rusiya hakimiyyəti tərəfindən təsdiqlənib. Əməliyyatın 2023-cü ilin ikinci rübündə bağlanacağı gözlənilir”, – mesajda deyilir.

Qeyd edək ki, şirkət 2022-ci ildə Rusiya bazarında fəaliyyətini məhdudlaşdırmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər