14 C
Baku
Saturday, November 23, 2024

Sürücülərin nəzərinə: Prezident QƏRAR verdi – Cərimələr artırıldı, SİYAHI

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə ediləcək.

Yolda sürət həddini aşmağa görə cərimə belə olacaq: Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə ediləcək. Həmçinin yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılıb.

Narkotikin təsiri altında avtomobil sürənlər 600 manat cərimələnəcək, sürücülük hüququ 6 ay məhdudlaşdırılacaq.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 300 manat məbləğində cərimə ediləcək. İndiyə qədər qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə 200 manat olub.

Son xəbərlər
Digər xəbərlər