11 C
Baku
Friday, November 15, 2024

“Aztelekom” ağacların “qanunsuz kəsilməsinə görə” ₼25 min cərimə edilə bilər – Yenilənib

“Aztelekom” MMC məhkəməlik olub.

Banker.az-ın məlumatına görə, şirkətlə bağlı İXM-nin 253.2-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol hazırlanıb.

Bu maddəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

İşə Salyan Rayon Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Aztelekom” MMC 25 min manat məbləğində cərimə edilə bilər.

Yenilənib 19.07.2023 – 12:35

“Aztelekom” MMC-dən Banker.az-a verilən məlumata görə, Salyan rayonunun Babazanlı yaşayış massivində baş vermiş hadisənin “Aztelekom” MMC ilə əlaqəsi yoxdur. İnzibati xətaya dair protokol tərtib edilərkən araşdırmanın tam aparılmaması və inzibati xətanın “Aztelekom” MMC tərəfindən törədilməməsi nəzərə alınmaqla, məsələ ilə bağlı “Aztelekom” MMC tərəfindən qanunvericiliyə uyğun olaraq Salyan Rayon Məhkəməsinə etiraz göndərilib.

Son xəbərlər
Digər xəbərlər