12 C
Baku
Monday, November 25, 2024

“Kapital Bank”da fiziki şəxslərin depozitləri 2 milyard manata yaxınlaşıb

“Kapital Bank” ASC-də depozit portfeli yenidən 6 milyard manat səviyyəsini keçib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin sonu ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində “Kapital Bank”da depozitlər 140 milyon 151 min manat və ya 2.5% artaraq 6 milyard 239 milyon manat olub.

2022-ci ilin müvafiq dövründə bankın depozit portfeli 6 milyard 88 milyon manat, bu ilin 1-ci rübündə depozit portfeli 5 milyard 913 milyon manat təşkil etmişdir.

O cümlədən, fiziki şəxslərin depozitləri 84 milyon manat artaraq 1 milyard 989 milyon manata, hüquqi şəxslərin depozitləri isə 67 milyon manat artaraq 4 milyard 250 milyon manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər