Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli “Cybernet” MMC ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnformasiya sistemlərinin təkmilləşdirilməsi üzrə işlərin görülməsi”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.770.000 manatdır.