Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu ilin 6 ayında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18.5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb.
Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-ci ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2.5 dəfə artım baş verib.