“Expressbank” ASC bu ilin 2-ci rübünü 6 milyon 320 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 8 milyon 28 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Expressbank”ın gəlirləri 36 milyon 150 min manat (illik müqayisədə 12% çox), xərcləri 27 milyon 762 min manat təşkil edib.
Bu il iyulun 1-nə “Expressbank”ın aktivləri 489 milyon 458 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 12% çoxdur. Bunun 350 milyon 545 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 18% böyüyüb.