10 C
Baku
Monday, November 25, 2024

“Bank of Baku” 17 milyon manatdan çox mənfəət edib

“Bank of Baku” ASC 2023-cü ilin 2-ci rübünü 17 milyon 44 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 18 milyon 501 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “Bank of Baku”nun cəmi gəlirləri 66 milyon 358 min manat (illik müqayisədə 30% çox), cəmi xərcləri 50 milyon 123 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 794 milyon 411 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 13.3% çoxdur. Bunun 617 milyon 854 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 7% böyüyüb

Son xəbərlər
Digər xəbərlər