12 C
Baku
Wednesday, December 11, 2024

“ALMET” və “Nəsimi Məişət Malları” ASC zərərdən mənfəətə keçib

“ALMET” ASC 2022-ci ili 5 432 manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə şirkət 18 528 manat zərər etmişdir.

Banker.az bu barədə ASC-lərin mühasibat balansına istinadən xəbər verir.

“Nəsimi Məişət Malları” ASC isə ötən il 2039 manat mənfəət edib. 2021-ci ili ASC 1331 manat zərərlə bağlamışdır.

2022-ci ildə “ALMET” ASC-nin satışdan gəlirləri 52 674 manat, “Nəsimi Məişət Malları” ASC-nin isə 10 600 manat təşkil edib.

78

Son xəbərlər
Digər xəbərlər