Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanun layihələrini Ali Radaya (parlament – red.) təqdim edib.
Hər iki qanun layihəsi artıq Rada rəhbərliyinə baxılmaq üçün təqdim olunub. Sənədlərin mətnləri hələ dərc olunmayıb.
Deputat Yaroslav Jeleznyak bildirib ki, hərbi vəziyyət və ümumi səfərbərliyin noyabrın 15-dək uzadılması ehtimalı var.