“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilib.
Qeyd edək ki, qanuna əsasən, operator aşağıdakı funksiyaların icrasını təşkil və təmin edir:
– nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitlərinin idarə olunması;
– utilizatorların reyestrinin aparılması, saxlanılması və ona nəzarət;
– yazılı məlumatların alınması;
– təsdiqedici sənədlərin uçotunun aparılması.
Operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz.
Operator ona təqdim olunmuş məlumatları ümumiləşdirərək hər növbəti təqvim ili fevralın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verir.