7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda I yarımildə 22 nəfər vəzifəli şəxsə cərimələr tətbiq edilib

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (Xidmət) inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib.

Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələri ilə cərimələr tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər