13 C
Baku
Saturday, November 23, 2024

Mikro biznes kreditlərinin həcmi ₼2.1 milyardı ötüb

Azərbaycanda mikro bizneslərə verilən kreditlərin həcmi 1 iyul 2023-cü il tarixinə 2 mlrd. 134.7 mln. manata yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.

1 ay öncə bu həcm 2 mlrd. 109.2 mln. manat idi. Bu da iyunda 1.2% artımdır.

Mikro sahibkarlar Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına uyğun olaraq meyarlar nəzərə alınır. Məsələn, işçi sayı 1-10 nəfər olmaqla maksimum illik dövriyyəsi 200 min manatı keçmədiyi halda mikro sahibkar sayılır.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kredit 2 mlrd. 522.4 mln. manata yüksəlib, bu, iyun ayında 3% artım deməkdir.

Xatırladaq ki, Azərbaycanda biznes kreditlərinin həcmi 1 iyul tarixinə 11 mlrd. 650.5 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər