23 C
Baku
Sunday, May 26, 2024

Azərbaycanda yeni su anbarı tikiləcək – SƏRƏNCAM

Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək.

Prezident İlham Əliyev Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikilməsi qərara alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər