9 C
Baku
Sunday, November 17, 2024

BƏƏ düyü ixracına müvəqqəti qadağa qoyub

Birləşmiş Ərəb Əmirlikləri daxili bazarda tədarükün lazımi səviyyədə olmasını təmin etmək üçün cümə günündən etibarən düyü ixracına və təkrar ixracına müvəqqəti qadağa qoyur.

Müvafiq qərar ölkənin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari imzalayıb.

Məhdudiyyət dörd ay müddətinə tətbiq edilib. Bildirilib ki, qərarın ləğvi ilə bağlı müvafiq göstəriş olmasa, onun müddəti avtomatik olaraq uzadıla bilər. Qadağa, xüsusilə, iyulun 20-dən sonra BƏƏ-yə idxal edilən Hindistan düyülərinin təkrar ixracına şamil edilir.

Qeyd edək ki, dünyada düyü ixracının 40%-ni təşkil edən Hindistanın hakimiyyət orqanları da “Basmati” istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.

Son xəbərlər
Digər xəbərlər