10 C
Baku
Tuesday, November 26, 2024

Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Səfər iyulun 31-də baş tutacaq.

“Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın müxtəlif aspektlərinin müzakirəsi, eləcə də regionumuzda baş verən proseslərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – məlumatda deyilib.

Son xəbərlər
Digər xəbərlər