6 C
Baku
Saturday, December 14, 2024

Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanun layihəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə ölkə başçısı tərəfindən Milli Məclisə göndərilib: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Bu baxımdan qanun layihəsi ölkə iqtisadiyyatını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Qanun layihəsi millət vəkilləri tərəfindən müzakirəsinə çıxarılmadan səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər