14 C
Baku
Sunday, November 24, 2024

Qiymətli kağızlar bazarında informasiya təhlükəsizliyinə dair minimum tələblər hazırlanacaq

Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Mərkəzi Banka qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər