13 C
Baku
Friday, November 22, 2024

İşğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlakla bağlı xidmətlər 50 % güzəştlə göstəriləcək

Azərbaycanda daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqı məbləğlərinə Abşeron rayonunda, Gəncə və Sumqayıt şəhərlərində 0,8 əmsalı, digər şəhər və rayonlarda 0,7 əmsalı, işğaldan azad olunmuş ərazilərdə isə 0,5 əmsalı tətbiq ediləcək.

Bu barədə Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarında bildirilir.

Bundan başqa, qərarda deyilir ki, qanunla şəhid ailəsinin üzvləri hesab olunanların, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 0,5 əmsalı tətbiq edilir.

Əmsallar daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı müraciətlərdə göstərilən konkret hallara uyğun olaraq bu cədvəlin bölmələrində müəyyən edilmiş tariflərə müvafiq ardıcıllıqla tətbiq edilir və göstərilən xidmətə görə yekun xidmət haqqı hesablanaraq müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər