“Bakı Çinar Soyuducuları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi 27/k nömrəli ünvanda (“Kristal” Şadlıq sarayında) keçiriləcəkdir.
Banker.az xəbər verir ki, bu barədə şirkətin elanında bildirilir.
Bildirilir ki, iclas 15 sentyabr 2023-cü il saat 11.00-da keçirləcək.
Gündəliyə ASC-nin icra orqanının (sədrinin) seçilməsi, Müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin seçilməsi, idarəetmə orqanlarının 2022-ci il üçün illik hesabatı və digər məsələlər daxil edilib.
Xatırladaq ki, Zavod Bakı Soyuducular zavodunun bazasında yaradılıb. Hazırda 1 781 580 manat nizamnamə kapitalına sahib olan “Bakı Çinar Soyuducuları” ASC-nin direktoru Etibar Abdullayevdir.