14 C
Baku
Friday, May 10, 2024

“Nintendo” 2024-cü ildə yeni konsol buraxacaq

Yapon şirkəti “Nintendo” 2024-cü ilin sonunda yeni konsol buraxa bilər. Bu barədə “Video Games Chronicle” portalı və bir sıra digər nəşrlər şirkət daxilindəki mənbələrə istinadən məlumat yayıb.

Yeni konsol portativ rejimdə işləyə biləcək, model daha ucuz LCD ekrana sahib olacaq. Cihaz həmçinin kartriclərlə işləyəcək. Şirkət ümid edir ki, onlar PlayStation 5 və Xbox Series X|S-in təqdimat zamanı qarşılaşdıqları çatışmazlıqlardan qaça biləcəklər.

“Nintendo Switch” satışlarının bu il iki dəfə azalacağı gözlənilir. Xatırladaq ki, daha əvvəl “Nintendo Switch” 122.6 milyon ədəddən çox satılıb və tarixdə ən çox satılan üçüncü konsol olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər