ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onu ittihamlara görə 561 il həbs cəzası gözləyir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Avqustun 1-də Tramp rəsmi olaraq 2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə cəhddə ittiham olunub. O, avqustun 3-də məhkəmə qarşısına çıxmalıdır.
Prokuror Cek Smit tərəfindən irəli sürülən ittiham dörd maddədən ibarətdir: vətəndaşların hüquqlarını pozmaq üçün sui-qəsd; hökuməti aldatmaq üçün sui-qəsd; rəsmi prosedurlara mane olmaq və bu məqsədlə əlbir olmaq. İttihamda deyilir ki, eks-prezident seçkilərdən sonra da hakimiyyətdə qalmaq niyyətində olub və seçkilərdə qalib gəldiyini iddia edərək “yalan məlumatlar yayıb”.