ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Cozef Baydenə 2024-cü ildə keçiriləcək seçkilərdə dəstək verəcəyini vəd edib.
İyun ayında Obama Ağ Evə gəlib və şəxsi şam yeməyi zamanı Baydenə söz verib ki, “onun yenidən seçilməsi üçün əlindən gələni edəcək”.
Eyni zamanda “The Washington Post” yazıb ki, Obama görüşdə mühafizəkar media və siyasi qütbləşmiş elektoratın Donald Trampı güclü dəstəkləməsindən narahat olduğunu bildirib.
2024-cü il noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri keçiriləcək. Hazırda 15-dən çox siyasətçi öz namizədliyini irəli sürüb. Bununla belə, əsas namizədlər hələ də Bayden və Trampdır.